• 1 Sentyabr 2026
logo
Yüksək Liqada X turun proqramı açıqlandı

Yüksək Liqada X turun proqramı açıqlandı

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçiriləcək.

Baymedia.az xəbər verir ki, Yüksək Liqada X turun qarşılaşmaları yanvarın 23-25-də baş tutacaq.

Yanvarın 23-də Gənclər və İdman Nazirliyinin (GİN) Voleybol Mərkəzində “Murov Az Terminal” və “Gəncə” klubları üz-üzə gələcəklər. Görüş saat 17:00-da start götürəcək.

Turun digər matçı isə “Milli Aviasiya Akademiyası” ilə UNEC komandaları arasında olacaq. UNEC-in idman zalında oynanılacaq qarşılaşma saat 18:00-da başlanacaq.
Tura yanvarın 25-də “Abşeron” - “Azərreyl” matçı ilə yekun vurulacaq. GİN-in Voleybol Mərkəzində təşkil olunacaq oyunun start fiti saat 18:00-da veriləcək.

Qeyd edək ki, bu qarşılaşma ilə Yüksək Liqada II dövrə başa çatacaq.