• 1 Sentyabr 2026
logo
“Real Madrid”in Superkuboku qazanması Florentino Peresi ən titullu klub prezidenti edib

“Real Madrid”in Superkuboku qazanması Florentino Peresi ən titullu klub prezidenti edib

İspaniyanın “Real Madrid” klubunun prezidenti Florentino Peres inanılmaz uğura imza atıb.

Baymedia.az xarici KİV-lərə istinadən xəbər verir ki, İspaniya Superkubokunun finalında “Barselona” üzərində qələbə 77 yaşlı funksioneri Madrid təmsilçisinin tarixində ən titullu klub prezidenti edib.

“Kral klubu”nun rəhbəri kimi 32-ci titulunu qazanan F.Peres bu göstərici ilə Santyaqo Bernabeunu geridə qoyub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı “Əl-Əvval Park” stadionunda keçirilmiş matçda “Real Madrid” əzəli rəqibi “Barselona”ya 4:1 hesabı ilə qalib gələrək Superkubokun qalibi olub.