• 1 Sentyabr 2026
logo
“Araz-Naxçıvan” “Sabah”ın futbolçusunu icarəyə götürüb

“Araz-Naxçıvan” “Sabah”ın futbolçusunu icarəyə götürüb

“Araz-Naxçıvan” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan Baymedia.az-a verilən məlumata görə, Naxçıvan təmsilçisi “Sabah”dan İldar Alekperovu transfer edib.

Hər iki cinahda və hücumda oynamaq keyfiyyətinə malik 23 yaşlı futbolçu ilə bu mövsümün sonunadək icarə müqaviləsi imzalanıb.