• 1 Sentyabr 2026
logo
“Səbail” klubuna yeni məşqçi təyin olundu

“Səbail” klubuna yeni məşqçi təyin olundu

Bir müddət əvvəl "Kəpəz"in baş məşqçisi postunu tərk edən Azər Məmmədov yenidən “Səbail”də fəaliyyət göstərəcək.

Bakı klubundan Baymedia.az-a verilən məlumata görə, 47 yaşlı mütəxəssis baş məşqçi Şahin Diniyevin köməkçisi təyin olunub.
Qeyd edək ki, A.Məmmədov "Kəpəz"ə baş məşqçi təyin olunanadək də "Səbail"də köməkçi məşqçi vəzifəsini yerinə yetirib.