• 1 Sentyabr 2026
logo
Tanınmış qolkiperin evi soyuldu, arvadı döyüldü

Tanınmış qolkiperin evi soyuldu, arvadı döyüldü

Fransanın PSJ klubunun qolkiperi Aleksandr Letelyenin evi qarət edilib.

Baymedia.az xəbər verir ki, hadisə dekabrın 18-dən 19-na keçən gecə baş verib.

Naməlum şəxslər 33 yaşlı qolkiperin Paris ətrafındakı evinə daxil olublar. Həmin vaxt futbolçunun özü, həyat yoldaşı, həmçinin 2 və 6 yaşlı iki övladı evdə olub.

Cinayətkarlar oyunçunun ailəsini silahla hədələyiblər, ondan pul və zinət əşyaları tələb ediblər. Hətta Letelyenin həyat yoldaşının üzünə zərbələr endirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları 4 şəxsi saxlayıblar, onlardan ikisi yetkinlik yaşına çatmayıb.