• 27 İyul 2024
logo
Dünya çempionatı: Bu gün Azərbaycanın daha 7 güləşçisi mübarizəyə qoşulur

Dünya çempionatı: Bu gün Azərbaycanın daha 7 güləşçisi mübarizəyə qoşulur

Dekabrın 1-də - hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının üçüncü günündə Azərbaycanın daha 7 idmançısı mübarizəyə başlayacaq.

Baymedia.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində təşkil olunan mundialda 5 kişi və 2 qadın güləşçimiz xalçaya çıxacaq.

Yunan-Roma güləşçilərinin yarışında Fərid Sadıxlı (55 kiloqram), Ziya Babaşov (63 kiloqram), Ülvi Qənizadə (72 kiloqram), Azad Əliyev (82 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) qüvvələrini sınayacaqlar.

Qadınların mübarizəsində isə Jalə Əliyeva (57 kiloqram) ilə Birgül Soltanova (62 kiloqram) medallar uğrunda yarışacaqlar.

Azərbaycan yığması ilk iki gündə 6 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb və hazırda komanda hesabında birinci yerdədir.

Yarış dekabrın 3-dək davam edəcək.