• 2 Mart 2024
logo
AFFA dörd klubu cərimələyib

AFFA dörd klubu cərimələyib

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Baymedia.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qurumun İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XIV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

“Sabah” – “Qarabağ” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Bakı klubu 800 manat cərimə edilib. Ağdam təmsilçisi isə azarkeşlərinin stadiona verdiyi zərəri (82 ədəd oturacağın sındırılması) ödəyəcək.

“Qəbələ” – “Turan Tovuz” oyununda topdaşıyanların meydançaya daxil olması Qəbələ klubu 500 manat cərimələnməsinə səbəb olub. Matçda “Turan Tovuz” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə komanda 1500 manat cərimələnib.

“Neftçi” – “Araz-Naxçıvan” görüşü bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə paytaxt təmsilçisi 800 manat ziyana düşüb. Qarşılaşmada "ağ-qaralar"ın azarkeşləri rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Neftçi” 500 manat cərimə edilib.