• 24 Fevral 2024
logo
Azərbaycan Kuboku: 32-ci mövsümdə 32-ci dəfə

Azərbaycan Kuboku: 32-ci mövsümdə 32-ci dəfə

Azərbaycan Kubokunun 2023/2024-cü illər mövsümünün I təsnifat mərhələsi penaltilər seriyası ilə yadda qalıb.

Baymedia.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Qusar” və “Şahdağ Qusar” arasında derbinin taleyi “lotereya”da həll olunub. Qolsuz bitən görüşdə nominal qonaqlar 11 metrlik nöqtədən daha dəqiq olublar – 5:4.

Bu, ölkə kuboku tarixində 32-ci penalti seriyasıdır. 32-ci mövsümə təsadüf edən bu “lotereya” Qusar derbisinin hər iki iştirakçısı üçün ilk belə seriya olub. Şəhərin eyniadlı təmsilçisi yarışın debütantıdırsa, “Şahdağ Qusar” indiyədək qatıldığı kubok matçlarında qalibi penaltilərlə müəyyənləşdirməyib.

Azərbaycan Kubokunda sonuncu belə seriya isə 2021/2022-ci illər mövsümünün finalında gerçəkləşib. 540 gün əvvəl – 2022-ci il mayın 27-də “Qarabağ” “Zirə”ni üstələyib – 4:3.