• 19 Oktyabr 2026
logo
Azərbaycan Premyer Liqası: Bu gün XI tura yekun vurulacaq

Azərbaycan Premyer Liqası: Bu gün XI tura yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulacaq.

Baymedia.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçiriləcək.

Son çempion “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Araz-Naxçıvan”la qarşılaşacaq. Görüşü FIFA referisi Əliyar Ağayev idarə edəcək.

On turdan sonra Ağdam klubu 20 xalla ikinci, Naxçıvan təmsilçisi isə 17 xalla dördüncüdür.

Komandalar indiyədək ölkə çempionatında beş dəfə qarşılaşıblar. Bunların üçündə “Qarabağ”, ikisində “Araz-Naxçıvan” qələbə qazanıb. Topların nisbəti də “köhlən atlar”ın xeyrinədir – 9:6.

Əvvəlki oyunların hamısında meydan sahibi olan komanda qalib gəlib. “Qarabağ” bütün matçlarda qol vurub.

Azərbaycan Premyer Liqası

XI tur

30 oktyabr (bazar ertəsi)

19:00. “Araz-Naxçıvan” – “Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

Tofiq Bəhramov adına Respublika Stadionu.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Sumqayıt” “Qəbələ” ilə qolsuz, “Zirə” “Səbail”lə 2:2 hesablı heç-heçə edib, “Turan Tovuz” “Kəpəz”ə 4:0, “Sabah” isə “Neftçi”yə 1:0 hesabı ilə qalib gəlib.