Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Andrey Melnikovun yeni klubu məlum olub.
Baymedia.az-a verilən məlumata görə, yığma üzvü Rumıniyanın “Korona Brașov” komandasına keçib. Onunla 1 illik müqavilə imzalanıb.
A.Melnikov son mövsümü “Azərreyl”in heyətində keçirib. O, bu komanda ilə ölkə çempionu olub.