• 18 İyul 2024
logo
Avro-2024: İspaniya İtaliyaya qarşı

Avro-2024: İspaniya İtaliyaya qarşı

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinin II turunun növbəti oyunları baş tutacaq.

Baymedia.az xəbər verir ki, günün ilk qarşılaşması Münhen şəhərində Sloveniya və Serbiya seçmələri arasında baş tutacaq.

Bu qrupun digər oyununda isə Danimarka və İngiltərə komandaları Frankfurtda münasibətlərinə aydınlıq gətirəcəklər.

Günün sonunda B qrupunda İspaniya - İtaliya qarşılaşması keçiriləcək. Oyun Helzenkirhen şəhərində reallaşacaq.

Avro-2024

20 iyun

II tur

C qrupu

17:00. Sloveniya - Serbiya

Baş hakim: İştvan Kovaç (Rumıniya).

Münhen, "Alyans Arena".

20:00. Danimarka - İngiltərə

Baş hakim: Artur Diaş (Portuqaliya).

Frankfurt, "Valdştadion".

B qrupu

23:00. İspaniya - İtaliya

Baş hakim: Slavko Vinçiç (Sloveniya).

Helzenkirhen, "Feltins Arena".