• 22 İyun 2024
logo
Avro-2024-ün favorit komandaları... - Çeferin

Avro-2024-ün favorit komandaları... - Çeferin

UEFA prezidenti Aleksander Çeferin Almaniyada keçiriləcək Avropa çempionatında meydan sahiblərini əsas favoritlərdən biri hesab edib.

Baymedia.az xəbər verir ki, funksioner bu barədə DPA agentliyinə açıqlamasında bildirib.

O, Bundestimin son illərdə olduqca pis çıxış etdiyini vurğulayıb:

"Lakin yaxşı komandaları var. Fransa yığması ilə yoldaşlıq matçından sonra isə tamam başqa münasibət gördüm. Mən həmişə deyirəm: İspaniyanı heç vaxt zəif qəbul etməyin. Xorvatiya, Belçika, Niderland, ola bilsin, Danimarka da var. Fikrimcə, Almaniya, Fransa, İngiltərə və Portuqaliya favoritdirlər".

Qeyd edək ki, Avro-2024 14 iyun-14 iyul aralığında gerçəkləşəcək.