Milli Basketbol Assosiasiyasında (NBA) finala vəsiqə qazanan ikinci komanda bəlli olub.
Baymedia.az xəbər verir ki, “Dallas Maveriks” və “Minnesota Timbervulvz” komandaları Qərb Konfransının beşinci oyununda üz-üzə gəlib. Görüş qonaqların 124:103 hesablı qələbəsi ilə yekunlaşıb.
Seriyada 4:1 hesabı ilə qalib gələn Dallas təmsilçisi finalda “Boston Seltiks”in rəqibi olub.
Qalib komandanın heyətində Luka Donçiç 36 xal, 10 ribaund və 5 məhsuldar ötürmə ilə yadda qalıb.