• 16 İyul 2024
logo
Toni Kroos futboldan getdiyini açıqladı

Toni Kroos futboldan getdiyini açıqladı

Almaniya millisinin və İspaniyanın "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Toni Kroos bu yay peşəkar karyerasını başa vuracaq.

Baymedia.az xəbər verir ki, Kroos bu barədə İnstaqram səhifəsində məlumat verib.

Onun sözlərinə görə, Almaniyada 14 iyun-14 iyul tarixlərində keçiriləcək Avropa çempionatı karyerasının sonuncu turniri olacaq.

Qeyd edək ki, 34 yaşlı futbolçu Almaniya yığması ilə bir dəfə dünya çempionu (2014), “Real Madrid”lə 4 dəfə Çempionlar Liqasının qalibi olub.