• 27 İyul 2024
logo
Azərbaycan para-atletləri dünya çempionatında 3-cü qızıl medalı qazanıblar

Azərbaycan para-atletləri dünya çempionatında 3-cü qızıl medalı qazanıblar

Azərbaycan para-atleti Orxan Aslanov Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Milli Paralimpiya Komitəsindən Baymedia.az-a verilən məlumata görə, T13 kateqoriyasında yarışan idmançı uzunluğa tullanma üzrə yarışda 7.18 metr nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu, O. Aslanovun ilk dünya çempionluğudur.

Xatırladaq ki, bu, Azərbaycan para-atletlərinin hazırkı dünya çempionatında 3-cü qızıl mükafatıdır. Daha əvvəl Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış üzrə yarışda, Səid Nəcəfzadə uzunluğa tullanmada eyni uğuru təkrarlayıblar.