• 19 May 2024
logo
ÇL: PSJ "Borussiya"nı qəbul edəcək

ÇL: PSJ "Borussiya"nı qəbul edəcək

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

Baymedia.az xəbər verir ki, PSJ Fransada Almaniyanın "Borussiya" (Dortmund) klubunu qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü italiyalı Daniele Orsato idarə edəcək.

Qeyd edək ki, Dortmunddakı ilk matçda meydan sahibləri qələbə qazanıb - 1:0.