• 3 May 2024
logo
“Bavariya” Zidana tapşırıla bilər

“Bavariya” Zidana tapşırıla bilər

Fransalı mütəxəssis Zinəddin Zidan Almaniyanın “Bavariya” klubunun yeni baş məşqçisi ola bilər.

Baymedia.az xəbər verir ki, məlumatı “Mundo Deportivo” yayıb.

İddia olunub ki, “Real”ın sabiq baş məşqçisi 2024/2025 mövsümündən etibarən yeni komandasına rəhbərlik edəcək.

Müqavilə şərtlərində müəyyən çatışmazlıqlar olduğu üçün rəsmi anlaşma hələ ki, imzalanmayıb.

Qeyd edək ki, “Bavariya”nın hazırkı çalışdırıcısı Tomas Tuxel mövsümün sonunda klubdan ayrılacaq.