• 21 May 2024
logo
“Qarabağ” 172-ci yerdə qərarlaşdı

“Qarabağ” 172-ci yerdə qərarlaşdı

Dünya klublarının qlobal reytinqi açıqlanıb.

Baymedia.az xəbər verir ki, siyahıda planetin 1000 ən yaxşı komandası yer alıb.

Premyer Liqanın çempionu “Qarabağ” 172-ci yerdə qərarlaşıb. Qurban Qurbanovun yetirmələrinin əmsalı 0,671-dir.

Ağdam klubu 8 pillə irəliləyib.

Qeyd edək ki, siyahıya 2,020 xala malik “Mançester Siti” başçılıq edir.