• 20 May 2024
logo
Lisenziya turniri: Azərbaycanın 3x3 basketbol millisi ilk oyunda qələbə qazanıb

Lisenziya turniri: Azərbaycanın 3x3 basketbol millisi ilk oyunda qələbə qazanıb

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirdə mübarizəyə başlayıb.

Baymedia.az xəbər verir ki, Honkonqda təşkil olunan təsnifat yarışının B qrupunda yer alan yığmanın ilk rəqibi Çili seçməsi olub. Görüş komandamızın 17:14 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan millisi aprelin 13-də isə Monqolustan və Niderland komandaları ilə üz-üzə gələcək.

Qeyd edək ki, yığmanın heyətində Dina Ulyanova, Tiffani Heys, Aleksandra Mollenhauer və Mersedes Volker yer alırlar.