• 27 Aprel 2024
logo
Mirça Luçesku “Beşiktaş”a qayıdır

Mirça Luçesku “Beşiktaş”a qayıdır

Rumıniyalı Mirça Luçesku “Beşiktaş”la anlaşıb.

Baymedia.az İdman.biz-ə istinadən xəbər verir ki, 78 yaşlı mütəxəssis növbəti mövsümdə yenidən İstanbul klubunun “sükanı arxasına” dönəcək.

Hətta ötən il Kiyev “Dinamo”sundan ayrılan Luçeskunun istirahət etmək istədiyini əsas gətirərək, qışda “ağ-qaralar”ların təklifini çevirdiyi də bildirilir.
Qeyd edək ki, rumıniyalı 2002-04-cü illərdə də “Beşiktaş”ın baş məşqçisi olub.