• 29 Fevral 2024
logo
AMEA-nın 5 əməkdaşı işdən çıxarıldı

AMEA-nın 5 əməkdaşı işdən çıxarıldı

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun 5 əməkdaşı əmək intizamı sahəsində yol verdikləri nöqsanlara görə işdən çıxarılıb.

Baymedia.az xəbər verir ki, bununla bağlı AMEA-nın Direktorlar Şurasının iclasında qərar qəbul olunub.

Bildirilib ki, Memarlıq və İncəsənət İnstitutunun İnsan resursları şöbəsinin müdiri, müxtəlif elmi-tədqiqat şöbələrində çalışan 4 elmi işçi vəzifələrindən azad ediliblər.

Eyni zamanda İnstitutun bir neçə əməkdaşına əmək intizamı sahəsində yol verdikləri nöqsanlara görə töhmət elan olunub.