• 19 Aprel 2024
logo
Türkiyəli nazir Azərbaycana gəldi

Türkiyəli nazir Azərbaycana gəldi

Türkiyənin təhsil naziri Mahmud Özərin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Baymedia.az xəbər verir ki, yanvarın 30-da nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub.
Daha sonra Şəhidlər Xiyabanı və Türk şəhidliyi ziyarət olunub.
Nazir bildirib ki, səfərin məqsədi Azərbaycanla təhsil sahəsindəki əməkdaşlığı gücləndirməkdir.
Səfər çərçivəsində Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevlə M.Özər arasında görüş olacaq.
M.Özər jurnalistlərə açıqlamasında Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu pisləyib.