• 5 Dekabr 2022
logo
Ekoloji mühitin qorunmasında bələdiyyələrin iştirakı vacibdir

Ekoloji mühitin qorunmasında bələdiyyələrin iştirakı vacibdir

Son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə mənfi təsirinin artması və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnib. Ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemə çevirib. Demoqrafik artımla yanaşı istehlakın kəskin artması, gələcəkdə bərpası mümkün olmayan təbii ehtiyatların tükənməyə başlaması kimi narahatlıq doğuran məsələlər ətraf mühitlə bağlı düşüncə və fəaliyyətlərə də öz təsirini göstərib. Şübhəsiz ki, ətraf mühitlə bağlı problemlər bütün insanları narahat edir və bu problemlərin öyrənilməsi bəşəriyyətin inkişafının ən vacib tələblərindən biridir.
Ekologiya sahəsində qəbul edilmiş qanunvericilik aktlarında bələdiyyələrin yerli idarəçilikdə ekolgiya sahəsi ilə bağlı hüquq və vəzifələri, səlahiyyətləri müəyyənləşdirilib.
Bələdiyyələrin yerli ekoloji proqramlarında məqsəd dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllinə yerli əhalinin hamılıqla cəlb edilməsidir. Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin yaşıllaşdırılması və abadlaşdırılması, məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həlli üçün tədbirlər görülməsi, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə birgə ekoloji tədbirlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər daxil edilə bilər. Bələdiyyələr dövlətin ekoloji proqramları ilə yerli ekoloji proqramların əlaqələndirilməsinə, müəyyən hallarda birgə tədbirlərin həyata keçirilməsinə yardım göstərirlər.
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi də bu sahədə son iki ildə iki layihə haəyata keçirib.
Birliyin sədri Vьqar Tofiqli “Xalq Cəbhəsi”nə bildirib ki, cari ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ard-arda 2021 və 2022-ci llər üçün keçirdiyimiz layihələr çərçivəsində ölkəmizin yeddi rayonunda bələdiyyələrin iştirakıyla görüşlər keçirdik. Sonuncu görüşümüz bu günlərdə Lənkəran şəhərində baş tutdu. Bu görüşlər barəsində bəzi məqamları oxucularımızla bölüşmək istərdim:
“Ekoturizmin təbliğində bələdiyyələrin rolu” mövzusunda keçirdiyimiz layihə çərçivəsində Quba, Qusar, Astara və Lerik bələdiyyələriylə, “Ətraf mühitin qorunmasında bələdiyyələrin rolunun artırılması” mövzusunda keçirdiymiz layihə çərçivəsində isə Tovuz, Gədəbəy və Lənkəran bələdiyyələrində görüşlər keçirilib. Lənkəran şəhərində keçirdiyimiz görüşə isə Lənkəran regional ədliyyə idarəsinin dəstəyi ilə əlavə olaraq Astara və Lerik bələdiyyələrinin də iştirakı təmin edilib. Keзirdiyimiz gцrьєlərin hər biri rayon icra hakimiyyətinin dəstəyi ilə baє tutub. Üstəlik mövzu ilə əlaqəli mərkəzi icra orqanlarınıın, istər Ekologiya və Təbii Sərvətlər nazirliyinin, istərsə də Dövlət Turizm Agentliyinin məsul şəxslərinin habelə bələdiyyələrə inzibati nəzarəti həyata keçirən orqanın - Ədliyyə nazirliyinin regional idarələrinin təmsilçilərinin iştirakı təmin edilib. Əlavə edim ki, mövzu ilə əlaqədar müraciət etdiyimiz mərkəzi və yerli icra orqanlarının müraciətimizə dərhal müsbət reaksiya verməsini də dəyərləndirməliyik. Sözsüz ki, layihələrin icrasında xırda problemlər meydana çıxsa da anındaca öz həllini tapırdı”.
V.Tofiqli qeyd edib ki, hər bir layihənin icrası zamanı layihə də nəzərə tutulmayan bələdiyyə sədrləri arasında sorğunun keçirilməsi bu gün müəyyən nəticələrə gəlməyimizə də imkan verdi:
“İlk olaraq sorğunun nəticələrinə toxunmaq istərdim. Əvvəlcə qeyd edim ki, sorğunun əsas məqsədi bələdiyyələrin yerlərdə qarşılaşdığı problemləri müəyyən etmək, o cümlədən daha səmərəli fəaliyyətləri üçün birbaşa sədrlərdən təklifləri öyrənmək idi. Habelə bələdiyyələrin həm ətraf mühitin mühafizəsi, həm də ekoturizmlə bağlı həyata keçirdikləri layihələr barədə məlumatlar əldə etmək idi. Bu gün Quba rayonunda 38, Qusarda 29, Astarada 18 və Lerik 29, Tovuz 41, Gədəbəy 31 və Lənkəran 34 bələdiyyə formalaşdırılıb. Üst-üstə layihənin əhatə etdiyi bələdiyyələrin sayı 220 idi. Müşahidələr göstərdi ki, bələdiyyələr həm ekoturzimin təbliği, həm də ətraf mühitin qorunmasıyla bağlı irili-xırdalı çoxsaylı layihələr həyata keçiriblər və maliyyələri imkan verdiyi qədər keçirməkdədirlər. Əlavə edim ki, hazırda 220 bələdiyyənin 194-nün DSMF-yə borcları olduqlarından bank hesabları bağlıdır. Bu borcların yaranması əsasən 2008-ci ilə qədər və 2009-cu il bələdiyyələrin birləşdirilməsindən sonrakı dövrə düşür. Təhlillər göstərir ki, bələdiyyələrin DSMF-ya olan borcu əsasən bələdiyyə sədrlərinin həm təcrübəsizliyi, həm də məsuliyyətsizliyi ucbatından yaranıb. Borcun bağlanmamasında isə RİH-lərin, xüsusəndə icra başçılarının öz günah payı var. Üstəlik bəzi RİH-lərin bələdiyyələrin fəaliyyətini daim nəzarətdə saxlaması, o cümlədən keçirdiyimiz görüşlərdə bir nəfər əvəzinə çoxsaylı RİH təmsilçisinin iştirak edərək sədrlərin hər bir sözünə “gözqoyması”nı müşahidə etmək hər halda bizim üçün xoşagəlməz hal kimi hesab edilir”.
QHT sədri vurğulayıb ki, beləliklə, sorğuda iştirak edən 194 bələdiyyə sədrindən 183 nəfəri əsas problem kimi bələdiyyələrə xəritənin verilməməsini, o cümlədən Əmlak məsələləri Dövlət Xidmətinin yerli şöbələrinin pərakəndə fəaliyyətindən narazı qaldıqlarını, onlara edilən müraciətlərin vaxtında cavablandırılmamasından gileylidirlər. Sədrlər bələdiyyə tərəfindən edilən müraciətlərə aylarla cavabın verilməməsini, üstəlik rüsumların son iki ildə dəfələrlə artırılmasını ciddi problem kimi irəli sürüblər. Bununla yanaşı zəbt edilən torpaq sahələrinin vətəndaşın adına sənədləşdirilməsində yaranan problemdə bələdiyyələri əlavə büdcə gəlirindən məhrum edir. On illər boyu istifadə etdiyi torpaq sahəsinin bu gün bazar qiymətinə de-fakto sahibinə satılmasını sakin qəbul etmir, istəmir və belə olan halda heç maraq da göstərmir. Nəticədə həm özü, həm də bələdiyyə büdcəsi itirir. Halbuki kənd və qəsəbələrdə sakinlərin zəbt etydiyi torpaq sahələrinin sonuncu hərrac qiymətinə sənədləşdirilməsi bələdiyyə büdcəsinə kifayət qədər vəsaitin daxil olmasına səbəb ola bilər. Əslində o torpaq sahələrinin əksəriyyəti zəbt kimi sayılmamalıdır. Çünki keçmiş sovet dövründə vətəndaşlara həyətyanı sahə kimi 18 sot torpaq sahəsi ayrılırdı. Uzun illər sənədləşdirilmədiyindən bu gün həmin altı sot zəbt kimi qeyd edilir.
Bəs bu vəsaitin bələdiyyə büdcəsinə daxil olmasının və vətəndaş məmnunluğunun təmin edilməsinə kimlər maneə yaradır? Bələdiyyə sədrlərinin qeydindən belə başa düşmək olar ki, bu işdə əsas günah sahibi məhz Əmlak məsələləri Dövlət Xidmətidir. Düşünmək olar ki, Əmlak məsələləri Dövlət Xidməti tərəfindən alqı-satqı əməliyyatlarının sadələşdiriməməsi, ümumiyyətlə bələdiyyələrə mükiyyətə torpaq və əmlakın, habelə onlara elektron xəritələrin verilməsiylə bağlı yerində sayan addımların atılması nəticədə bu strukturun “birdəfəlik ləğvinə gətirib çıxaracaqdır.” Nəzərə alaq ki, qurum əməkdaşlarının məhz bu cür məsuliyyətsiz addımları sayəsində nazirlik statusunda olan bir qurum xidmət səviyyəsinə endirilməsinə səbəb olub: “Layihə çərçivəsində müşahidə etdiyimiz ikinci məqama toxumaq istərdim. Ətraf mühitin mühafizəsində bələdiyyələrin rolunun olması danılmazdır. Bələdiyyələrə müəyyən problem yaratsalarda əslində bu sistemi bir qurum kimi tanıyan ikinici bir orqan Ekologiya və Təbii sərvətlər Nazirliyidir.
Qurumuş, budanmasına ehtiyac olan, ətrafa təhlükə yaradan ağacların götürülməsində Bakı şəhərində işlək mexanizm qurulsa da, rayonlarda bu çox ciddi problem kimi bələdiyyələrin qarşısında dayanır. Yəni vətəndaş bələdiyyəyə müraciət edir. Bələdiyyə isə öz növbəsində nazirliyin müvafiq qurumuna müraciət edib rəy alır. Tutalım ki, rəydə ağacın götürülməsi nəzərə tutulur. Sual yaranır ağacı kim kəsib gotürməli və yerinə başqa bir yeni ağac əkməlidir. Bir çox RİH-lərdə mənzil-kommunal təsərrüfatı sistemi, bələdiyyənin isə bununla bağlı texnikası mövcud deyil. Sual yaranır, bəs vətəndaş və bələdiyyə belə vəziyətdə nə etməlidir?
Gцrьndьyь kimi, bu prosesin rayonda iєlək mexanizmi yoxdur və tezliklə olacağı gözlənilmir. Demək, belə olan halda əhalinin bələdiyyədən narazılğı artır. Çünki ilk müraciət bu quruma edilib. Beləliklə, hər iki layihənin icrasıyla bağlı belə qənaətə gələ bilərik ki, ölkə bələdiyyələrində işləmək həvəsi, seçicilərinə xidmət göstərmək istəyi hələ ki hiss edilməkdədir. Ancaq bələdiyyələr tərəfindən sakinlərə bu xidmətin lazimi səviyyədə göstərilməsi üçün onların müvafiq mərkəzi və yerli icra orqanlarının dəstəyinə ehtiyacı var. Bu dəstəyi isə konkret olaraq RİH-lər, Əmlak məsələləri Dövlət Xidməti və digər mərkəzi icra orqanları göstərməli, həmçinin bələdiyyələrin özləri də aktiv olmalı, qəbul etdikləri bütün qərarları ölçülü-biçili şəkildə bələdiyyənin inkişafına yönəlik єəkildə qəbul etməlidirlər”.
Sonda onu da qeyd edək ki, ekoloji mьhitin qorunmasında Respublikamızda aparılan tədbirlərə vətəndaşların, yerli əhəmiyyətli məsələləri mьstəqil və sərbəst єəkildə həll etmək hьququnu həyata keçirən və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasına əsasən dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanına malik olan bələdiyyələrin müsbət dəstəyi ekoloji sahənin daha da inkişafına mьsbət təsir gцstərəcəyinə ьmid edirik.
Cavid