• 28 Mart 2024
logo
Koronaya yoluxanların sayı açıqlandı

Koronaya yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 26 yeni yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Baymedia.az-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 821 661 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 810 929 nəfər müalicə olunaraq sağalıb, hazırda 813 aktiv xəstə var. Bu günə qədər 9 919 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 580, bu günə qədər isə ümumilikdə 7 256 426 test icra olunub.