• 1 İyul 2025
logo
Təbrizin Tibb Elmləri Universitetində aksiya keçirilib

Təbrizin Tibb Elmləri Universitetində aksiya keçirilib - VİDEO

Təbrizin Tibb Elmləri Universitetində aksiya keçirilib. Öyrəncilər Məhsa Əmininin İranın əxlaq polisi tərəfindən öldürülməsinə etiraz ediblər.

Bu gün səhər saatlarından başlayan etiraz aksiyasında azərbaycanlı öyrəncilər İran hökumətinin qadınlara qarşı qəddarlığını pisləyib, Məhsanın öldürülməsinin buna bir nümunə olduğunu bildiriblər.

Başqa şəhərlərdə və universitetlərdə davam edən etiraz aksiyalarına dəstək və həmrəylik bildirən öyrəncilər İran hakimiyyətinin ölkədə Taliban sistemi qurmağa çalışdığını bildiriblər.

"Yoxsulluq, korrupsiya, ədalətsizlik- ölüm olsun bu tiraniyaya", "Təbrizdən Kürdüstana qədər, səbr kasamız dolub", "qadın cinayətləri siyasidir" və başqa şüarlar səsləndirən aksiya iştirakçıları Tehran hökumətini zorakılığa son qoymağa çağırıblar.

Qeyd edək ki, sentyabrın 20-də İranın müxtəıif şəhərlərində, o cümlədən universitetlərdə də etiraz aksiyaları yenidən başlayıb.

Gunaz.tv