• 19 Aprel 2024
logo
Urmu və Həmədanda su qıtlığı şiddətlənib-Rəsmilər yenə vəd verir

Urmu və Həmədanda su qıtlığı şiddətlənib-Rəsmilər yenə vəd verir

Güney Azərbaycanın Urmu və Həmədan şəhərlərində bir neçə gündür davam edən su çatışmazlığı ciddi etirazlar doğurub.
Rəsmilər problemin bir neçə aya həll olunacağını deyiblər.
İranın Çaharmahal və Bəxtiyari şəhərinin mərkəzi Şəhrikord da 10 gündür davam edən su qıtlığı və baş qaldıran etirazlardan sonra Urmu şəhəri və Həmədanda içməli su çatışmazlığı şiddətlənib.
İran mediası Həmədanda yaşanan su qıtlığını yeraltı su qaynaqlarının tükənməsi ilə əlaqələndirir, əyalət mərkəzində su kəsintilərinin artıq bütün sutka boyu davam etdiyini yazırlar.
Rəsmilərin problemin yağıntıların azlığı, su qaynaqlarının tükənməsi və Həmədan cəmiyyətinin artması ilə bağlı olduğu barədə iddiaları vətəndaşlar tərəfindən qəzəblə qarşılanıb.
Həmədan əyalətinin Regional Su Şirkəti problemin aradan qaldırılması əvəzinə əhaliyə müraciət edib və onlardan mümkün qədər sudan az istifadə etməyi istəyib.
Bununla yanaşı Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində də su qıtlığı ilə yanaşı elektrik kəsintiləri vətəndaşlar tərəfindən narazılıqla qarşılanıb.
Sosial mediada paylaşım edən urmulular "su probleminin həllini tələb etdikləri üçün hökumətin onların elektriklərini də kəsdiyini" yazıblar.
Bir sıra ekoloq və mütəxəssislər İran hökumətinin yanlış idarəetmə üsülu nəticəsində bu ölkədə su böhranının başladığını, yeraltı su qaynaqlarının 55 faizinin tükəndiyini bildirirlər.
Onların fikrincə qarşıda gözlənilə su müharibələrində İran məcburi olaraq ön sıralarda olacaq.
Qeyd edək ki, bundan öncə Xuzistan başda olmaqla İranın bir sıra bölgələrində su qıtlığına qarşı başlanan etiraz aksiyalarında onlarla vətəndaş öldürülüb, çox sayda insan qondarma ittihamlarla həbs edilib.
Gunaz.tv