• 12 Avqust 2022
logo
Kürdə suyun səviyyəsi 20 sm enib

Kürdə suyun səviyyəsi 20 sm enib

Bu gün saat 08:00-a olan müşahidəyə əsasən Kür çayında suyun səviyyəsi 446 sm təşkil edir.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, bu barədə Kür Qıraqkəsəmən məntəqəsindən verilən son məlumatda bildirilib. Qeyd edilib ki, bu göstərici dünən səhər 8-də aparılan müşahidə ilə müqayisədə 20 sm azdır.