• 12 Avqust 2022
logo
Dendrologiya Bağının nizamnamə fondu məlum olub

Dendrologiya Bağının nizamnamə fondu məlum olub

Dendrologiya Bağının nizamnamə fondu məlum olub.
Bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Dendrologiya Bağı” publik hüquqi şəxsin Nizamnaməsi”ndə əksini tapıb.
Nizamnaməyə əsasən, Bağın nizamnamə fondu 1183991,0 (bir milyon yüz səksən üç min doqquz yüz doxsan bir) manatdır.
Bağın əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla müəyyən edilən digər vəsaitlərdən formalaşır.
Nizamnaməyə görə, bağın fəaliyyət istiqamətləri aşağıdakılardır:
-Azərbaycanın bitki ehtiyatlarının zənginləşdirilməsi və tədqiqi üçün respublikanın müxtəlif ekoloji şəraitində bitən və xarici ölkələrdən gətirilən nadir, nəsli kəsilməkdə olan bitkilərin genofondunu saxlamaq və mühafizəsini təşkil etmək;
-Bağın ərazisinin paytaxt sakinlərinin və qonaqların asudə vaxtlarının keçirilməsi üçün unikal təbiətə malik istirahət məkanına çevrilməsi məqsədilə zəruri tədbirlər görmək;
nəbatat və ekologiya elminin nailiyyətini təbliğ etmək;
-Bağa aid ərazini idarə etmək, mühafizəsi və qorunması ilə bağlı tədbirlər görmək;
-Bağın ərazisində bitki növlərinin və yaşıllıq sahələrinin salınması, onlara qulluq edilməsi, həmin bitkilərin qorunması və saxlanılması işlərini təşkil etmək.