• 20 Aprel 2024
logo
"Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin nizamnaməsi və strukturu təsdiq olunub

"Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin nizamnaməsi və strukturu təsdiq olunub

"Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin Nizamnaməsi və strukturu təsdiq edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, təsisçi adından Bağın fəaliyyətinə nəzarəti Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirirlər.
Bağın fəaliyyətinə dair illik hesabat Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edilir. Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Mərkəzi Nəbatat Bağının strukturu”na əsasən, “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin Aparatı (şöbələr, laboratoriyalar və elmi təcrübə bazası) olacaq.