• 28 İyun 2022
logo
Yuxarı Qarabağ kanalı tullantılardan təmizlənib

Yuxarı Qarabağ kanalı tullantılardan təmizlənib

Yuxarı Qarabağ kanalına tullantıların atılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, ərazi regional ekologiya idarəsinin əməkdaşlarının nəzarəti altında Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin işçiləri tərəfindən tullantılardan təmizlənib və rayon poliqonuna daşınıb.
Bəhruz Məhəmmədov havaların istiləşməsi və istirahət mövsümünün başlaması ilə əlaqədar tullantıların idarə olunmasında səylərin birləşdirilməsi, ictimaiyyətin bu məsələyə həssas yanaşması üçün çağırış edib.