• 20 Aprel 2024
logo
Şuşada yeni məktəbin tikintisinə başlanılıb

Şuşada yeni məktəbin tikintisinə başlanılıb

"Şuşa 1 nömrəli məktəbin layihələndirmə prosesi başa çatıb, tikintisinə başlanmaq üzrədir".
Bunu jurnalistlərə Qarabağda tikiləcək məktəblərlə bağlı açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, bu prosesin 2022-ci ilin sonuna qədər başa çatacağı gözlənilir:
"Eyni zamanda, Ağdam və Cəbrayılda məktəblərin layihələndirmə prosesinə başlanılıb. Yaxın zamanlarda Füzuli şəhərində də məktəb tikintisi ilə bağlı addımların atılması gözlənilir".
Nazir deyib ki, bunlar çox ciddi və böyük prosesdir:
"Həmin bölgələrdə tikiləcək məktəb layihələri ən yaxşı layihələrdəndir. Həm Ağdam, həm də Şuşa məktəbi özünün müasirliyi, arxitektur inşaat xüsusiyyətlərinə görə ən müasir məktəblərimizdən olacaq".