• 20 Oktyabr 2021
logo
İcbari tibbi sığorta üzrə məlumat bazası yaradılacaq

İcbari tibbi sığorta üzrə məlumat bazası yaradılacaq

İcbari tibbi sığorta üzrə məlumat bazası yaradılacaq.
Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "İcbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının) formalaşdırılması və istifadə Qaydası, o cümlədən həmin məlumat bazasına (elektron informasiya ehtiyatına) inteqrasiya edilməli olan informasiya sistemlərinin və resurslarının siyahısı, həmin məlumatlara buraxılış dərəcəsi"ndə əksini tapıb.
Məlumat bazası sığortalı və sığortaolunanlar haqqında məlumatların toplanmasını, istifadəsini və təhlilini, həmçinin icbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların elektron qaydada həyata keçirilməsini təmin edən informasiya ehtiyatıdır. Məlumat bazasının fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi üzrə operator funksiyalarını İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirir.
Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi icbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının) aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir.
Məlumat bazasına inteqrasiya ediləcək dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri və resursları da müəyyənləşib. Məlumat bazası aşağıda qeyd olunan dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərindən və resurslarından istifadə etməklə elektron qaydada formalaşdırılır:
- Ədliyyə Nazirliyi;
- Daxili İşlər Nazirliyi;
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
- Səhiyyə Nazirliyi;
- İqtisadiyyat Nazirliyi;
- Dövlət Miqrasiya Xidməti