• 9 Oktyabr 2024
logo
COP29 danışıqçısı: Biz öhdəliklər götürmüşük, indi isə hərəkətə keçilməlidir

COP29 danışıqçısı: Biz öhdəliklər götürmüşük, indi isə hərəkətə keçilməlidir

“Biz uyğunlaşma prosesinə bütün sektorları cəlb etməliyik”.

APA xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) ikinci günündə keçirilən “Milli Kontekstdə Uyğunlaşma, Risk və Davamlılığın Anlanması” panelində çıxışında COP29-un adaptasiya və itki və zərər üzrə aparıcı danışıqçısı Elvin Əşrəfzadə deyib.

O bildirib ki, digər vacib element sosial transformasiyadır: “Uyğunlaşma və adaptasiya bütün dövrləri əhatə etmir. Səhiyyədən, qida sənayesindən, tikintidən başlayaraq riskləri qiymətləndirməliyik. Ona görə də COP-29 uyğunlaşma ilə bağlı çox vacib etapdır. Ondan sonra tərəflər öhdəliklər götürə bilərlər ki, hansı formada transformasiyanı həyata keçirəcəklər. COP-29 bu xüsusi təkanverici hərəkətin yaradılması üçün də vacibdir. Biz öhdəliklər götürmüşük, indi isə hərəkətə keçilməlidir”.