• 27 İyul 2024
logo
DSX-nin qisas əməliyyatı nə vaxt başa çatıb?

DSX-nin qisas əməliyyatı nə vaxt başa çatıb?

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan ordusunun Nerkin-And yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərindən erməni snayperin əsgərimizi yaralamasına cavab olaraq Dövlət Sərhəd Xidməti bu gün qisas əməliyyatı keçirib.

Baymedia.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi saat 9:30 radələrində artıq atəşin dayandığını açıqlayıb.

Qeyd edək ki, DSX-nin əməliyyatı nəticəsində əsgərimizi hədəf alan düşmən döyüş mövqeyi darmadağın edilib. Rəsmi məlumata görə, Ermənistan ordusunun iki əsgəri məhv edilib, yaralılar var.

Qeyri rəsmi məlumatda isə erməni ordusunun itkilərinin daha çox olduğu bildirilir. Ermənistan Müdafiə Nazirliyi itkilər və yaralıların sağlamlıq vəziyyəti barədə ictimaiyyəti lazımı qaydada məlumatlandıracağını açıqlayıb.