• 27 İyul 2024
logo
"Binokl diplomatiyası”nın fəallığı sərhəd boyunca...

"Binokl diplomatiyası”nın fəallığı sərhəd boyunca...

Avropa Birliyinin (AB) Ermənistandakı Monitorinq Missiyası mahiyyət etibarilə müxtəlif Avropa rəsmilərinin, habelə qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilinə töhfə verən “binokl diplomatiyası”nın agentinə çevrilib.

Baymedia.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

"İstisnasız olaraq bu qəbildən olan bütün səfərlərdən Azərbaycana qarşı nifrətin yayılması, habelə əsassız Azərbaycanofobiyanın genişləndirilməsi üçün istifadə olunur.

"Binokl diplomatiyası”nın bu fəallığının sərhəd boyunca indiyədək görülməmiş sakitliyin hökm sürdüyü, habelə həm Azərbaycanın, həm də Ermənistanın ciddi etimad quruculuğu tədbirləri həyata keçirdiyi bir zamanda müşahidə olunmasının xüsusilə narahatlıq doğurur",-məlumatda bildirilib.