• 27 İyul 2024
logo
Replika

Replika

Unikal toplumdur ermənilər. Xüsusilə də bu toplumun siyasi proseslərdə müxtəlif qütbləri təmsil etdiklərini görüntüləməyə çalışan təmsilçilərinin dünyada “tayı-bərabəri” yoxdur. Hər dəfə, hətta onları çox yaxşı tanıyanları belə təəccübləndirməyi bacarırlar. Öz naqis əməllərinə, bitib-tükənməyən xəyanətlərinə, başqalarının torpaqlarını, tarixlərini, mədəniyyətlərini, hətta mətbəxlərini mənimsəmək cəhdlərinə belə, sağlam məntiqlə düşünən hər kəsi heyrətə gətirə biləcək adlar uydurmağı çox yaxşı bacarırlar. Məsələn, onların “tolma” kim ifadə etdikləri “tolma” sözünün etimalogiyasını tapmaq üçün, guya 1837-ci ildə Venesiyada yayımlanan və kimsənin izini tapa bilmədiyi “Klassik erməni dilinin lüğəti”nə “baş vurur”, orada, “yüngülcə dəyişdirilmiş” və “üzüm yarpağı” anlamına gələn “tüli” sözünü “ortaya çıxarır”, sonra “tüli”ni “toli” halına salıb arxasına da erməni dilinə heç bir aidiyyyatı olmayan “ma” şəkilçisi əlavə edib “tolima” sözünü “ərsəyə” gətirirlər. Bundan sonra isə mənimsəmə, oğurlama prosesinə tarixilik donunun biçilməsi prosesi başlayır...
...İndi də qütbdən-qütbə sapmalarına, qucaqdan-qucağa hoppanmalarına, yəni klassik xəyanətkar mahiyyətlərinə, yeni bir ad uydurublar – diversifikasiya... Doğrusu, bu günə qədər “diversifikasiya” sözünün enerji və nəqliyyat dəhlizlərinə münasibətdə çoxsaylı səsləniş nümunələrini eşitmişəm, oxumuşam. Amma bu terminin dövlət siyasətinə münasibətdə tətbiqinin şahidi olmamışam. Görünür, “diversifikasiya etmək” üçün əllərinə başqa heç nə keçməyib...

Elçin Mirzəbəyli