• 3 Mart 2024
logo
YUNESKO-nun “əl izi”

YUNESKO-nun “əl izi”

YUNESKO artıq uzun illərdir ki, de-fakto BMT-nin təsisatı statusundan çıxaraq, kollektiv Qərbin geosiyasi təzyiq alətlərindən birinə çevrilib. Hazırda NED (The National Endowment for Democracy – Milli Demokratiya Fondu), yaxud “Sərhədsiz reportyorlar” təşkilatı və ya USAİD hansı missiyanı icra edirsə, eyni təyinatı da YUNESKO yerinə yetirir. Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalı dövründə YUNESKO rəsmi Bakının Azərbaycan xalqına məxsus tarixi, mədəni və dini abidələrin işğalçı Erməönistan tərəfindən darmadağın edilməsi, vandalizmin ağla gələn və gəlməyən təzahürlərinə məruz qalması barədə müraciətlərinə, işğal altında olan bölgəyə faktaraşdırıcı missiyanın göndərilməsi ilə çağırışlarına məhəl qoymadı. Bunun üçün, guya həmin ərazilərə nəzarət olunmadığı və sair bu kimi bəhanələr gətirdi. Halbuki YUNESKO 2001-ci ildə Əfqanıstanda Talibanın Buddanın nəhəng heykəlini uçurmasına dərhal reaksiya vermiş, əraziyə xüsusi missiya göndərmişdi. Yaxud YUNESKO İrakda, Mosul şəhərində “Nimrud Hatra” arxeoloji abidələrinin, həmçinin şumer, assuriya və vavilion mədəniyyətinə məxsus mədəniyyət nümunələrinin İŞİD terror qruplaşması tərəfindən darmadağın edilməsinə dərhal etiraz səsini ucaltdı, bununla bağlı ardıcıl kampaniya apardı. Amma məsələ erməni vandalizminə gələndə susmağa üstünlük verdi. Halbuki, həmin dövrdə həm Əfqanıstanda, həm də İraqda döyüş əməliyyatları gedirdi və ərazidə araşdırmaların aparılması kifayət qədər təhlükəli idi. Şübhəsz ki, bu ikili standartların səbəblər vardı və Azərbaycan xalqı bu səbəblərin nədən ibarət olduğunu çox yaxşı bilir. YUNESKO-nun İraq və Əfqanıstanda baş verənlərə çevik reaksiya verməsinin səbəbi, həmin ərazilərdə hərbi əmıliyyatların davam etdirilməsinə bəhanə yaratmaqdan ibarət idi. Digər faktor isə, təəssüf ki, özünü bütün müstəvilərdə büruz verən islamafobiyanın körüklənməsi ilə bağlıydı. İŞİD-i yaradanlar müsəlman ölkələrinə hərbi müdaxilələrini əsaslandırmaq üçün islam dinini “dağıdıcı” bir din kimi təqdim etməyə çalışırdılar. Əfqanıstanda və İraqda baş verən vandalizm aktları isə buna əlverişli imkan yaradırdı. Ermənilər isə məhz xristian olduqları üçün onların işğal altında olan Azərbaycan torpaqlarında törətdikləri misli görünməmiş vandalizm aktlarına göz yumulurdu. Təssüf doğursa da həqiqət belədir və Azərbaycan xalqı YUNESKO-nun da bir çox beynəlxalq təşkilatlar kimi “xristian kubu”nun bir parçasına çevrildiyini çox yaxşı başa düşür.
Təbii ki, bu yanaşma sivilizasiyalar arasında dialoqun və etimadlı münasibətlərin formalaşmasına, müxtəlif nədəniyyətlərin dinc birgəyaşayışına, sülhə, təhlükəsizliyə deyil, qarşıdurmalara, müharibələrər xidmət edir. Halbuki YUNESKO-nun da, digər beynəlxalq təsisatların da təməl missiyası humanizm prinsplərinin təbliğinə və təşəkkül tapmasına xidmət etməkdən ibarət olmalıdır.
Bu gün Azərbaycanla Ermənsitan arasında davamlı sülhün əldə olunmasına maneə yaradan amillər də, şübhəsiz ki, məhz ayrı-ayrı qütblərin, ən başlıcası isə kollektiv Qərbin, ABŞ-ın və onların geosiyasi maraqlarının ifadəçisinə çevrilmiş beynəlxalq təşkilatların birib tükənməyən ikili standartlarından qaynaqlanır.
Ermənsitanın region dövlətləri ilə əməkdaşlıqdan uzaqlaşması, bölgəyə regiondankənar qüvvələri cəlb etmək istiqamətində siyasət yürütməsi, sülh sazişindən yayınması da, məhz bu amillərlə bağlıdır. Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxlayaraq viran qoyan, bir milyondan çox azərbaycanlını doğma yurd yerlərindən didərgin salan Azərbaycan dövlətinə və onun vətəndaşlarına miqyası yüz milyardlarla dollarla ölçülən zərər vuran Ermənistanı himayə edənlər, hələ utanmadan “demokratiya” və “insan haqları”ndan da danışırlar. Sanki fundamental hüquq və azadlıqların bir milyon azərbaycanlıya heç bir aidiyyatı yoxdur, sanki Azərbaycan dövləti və xalqı imkanlarını işğaldan azad etdiyi torpaqlarını yenidən insanların yaşaya biləcəyi məkana çevirmək üçün bütün gücünü və potensialını səfərbər etmək məcburiyyətində qalmayıb. İşğaldan azad etdiyimiz ərazilərimizdə dağıdılan hər bir evin, uçurulan hər bir məbədin, ziyarətgahın, məzarın üzərində vandal Ermənistanla yanaşı, uzun illər boyu bu cinayətlərə göz yuman Qərbin və onun geosiyasi təzyiq alətinə çevrilən YUNESKO kimi təşkilatların “əl izi” var.