• 28 Mart 2024
logo
Paşinyanın partiyası Bakı əleyhinə bəyanatı dəstəkləmədi

Paşinyanın partiyası Bakı əleyhinə bəyanatı dəstəkləmədi

Bu gün Ermənistan parlamentində Xarici Əlaqələr Daimi Komissiyasının iclası zamanı Köçəryanın “Ermənistan” müxalifət fraksiyasının Azərbaycan parlamentinin 8 noyabr 2022-ci il tarixli bəyanatına cavab vermək təklifi müzakirə edilib.
Baymedia.az xəbər verir ki, bu barədə “Caliber.az” məlumat yayıb.
“Köçəryanın fraksiyasının nümayəndəsi Andranik Tevanyan bəyanat layihəsi təqdim edib. Hakim “Mülki müqavilə” fraksiyasının deputatı Eduard Ağacanyan isə bildirib ki, onlar müzakirə ediblər, lakin məzmunla bağlı fikir ayrılıqları olub və layihə üzrə səsvermədə bitərəf qalıblar”, - məlumatda deyilir.
Qeyd edək ki, Ermənistan parlamentinin bu gün keçirilən növbədənkənar iclasının gündəliyinə Qələbə günü münasibətilə azərbaycanlı deputatların qəbul etdiyi sənədlə bağlı bəyanat daxil edilib.