• 29 Mart 2024
logo
İlk dəfə: Laçında məhv edilən erməni postu – Video

İlk dəfə: Laçında məhv edilən erməni postu – Video

Laçın rayonunda məhv edilən erməni postunun görüntüləri ilk dəfə yayılıb.

Baymedia.az xəbər verir ki, bu barədə İTV reportaj hazırlayıb.

Bildirilib ki, ötən ilin noyabrında ermənilərin növbəti təxribatından sonra bəzi adsız yüksəkliklərə nəzarəti Ordumuz ələ keçirib. Buna baxmayaraq, Qızıltəpə yüksəkliyinin (3207) əks tərəfində düşmənin bir dayaq məntəqəsi qalıb. Bu ilin sentyabrında ermənilərin növbəti təxribatına cavab olaraq isə Ordumuz bu məntəqəni də nəzarətə götürüb.

Hazırda bütün perimetr Ordumuzun nəzarətindədir.

Daha ətraflı videoda: