• 5 Dekabr 2022
logo
Zəfər günü

Zəfər günü

Xalqımız böyük qürur və sevinc hissi ilə şanlı qələbəmizin 2- ci ildönümünü qeyd edir. Cəmi 44 gün davam edən və düşmənin danışıqsız təslim olması ilə bitən Zəfər savaşını çox haqlı olaraq Vətən müharibəsi adlandırırıq.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında yenilməz Azərbaycan Ordusu təkcə tarix yazmadı, həm də yeni coğrafiya yaratdı!
Bu qələbə nəticəsində ərazi bütövlüyümüz təmin olundu, təkcə ərazimiz böyümədi, həm də qəddimiz dikəldi, mili varlığımız ucaldı, qürurumuz böyüdü.
Rəşadətli Azərbaycan ordusu müzəffər Ali Baş komandanın rəhbərliyi altında 44 gün ərzində dünyada erməni mifini dağıtdı, Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi.
Haqqın təntənəsi, ədalətin zəfəri olan bu
tarixi qələbə həm də bəşıriyyəti erməni faşizmindən xilas etdi.
Bu qələbə Ali baş komandan İlham Əliyevin hərbi, siyasi və diplomatik məharəti, səfərbər edici liderlik fəaliyyəti və şəxsi qəhrəmanlığı sayəsində əldə edildi.
10 noyabr 2020 ci il tarixli üç tərəfli bəyanat nəticəsində Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan, bir əsgərimizin burnu qanamadan işğaldan azad olundu.
Bu qələbə Azərbaycanı qüdrətli dövlət kimi dünyaya tanıtdı.
Bu qələbə işğalçı Ermənistana və onun havadarlarına dərs verməklə yanaşı, həm də dünya hərb sənətinə yeni tövhələr verdi. Şuşanın işğaldan azad edilməsi isə hərb tarixində nadir uğurlu əməliyyat kimi hərb dərsliklərinə yazıldı.
44 günlük Vətən müharibəsi və postmüharibə dövrü bizə bir daha dostlarımızı da, bədxahlarımızı da tanıtdı. Cənab Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə qardaş Türkiyənin və bütövlükdə türk dünyasının dəstəyini qədirbilənliklə xatırlayırıq.
Postmüharibə dövründə şəhid ailələrinin, qazilərimizin sosial müdafiəsi təmin olunmuş, Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Bu işlərin daha böyük miqyasda davam etdirilməsi məqsədi ilə gələn ilin dövlət büdcəsindən 3 milyard manat ayrılması nəzərdə tutulmuşdur.
Sülh danışıqları və 3 tərəfli bəyanatın icrası cənab İlham Əliyevin nəzarəti altında, qalib xalqımızın istəyinə uyğun davam edir.
Bədxahlarımızın, xüsusi ilə Fransanın və İranın terrorçu Ermənistana tərəfkeşliyinə rəğmən , biz Ermənistanı öhdəliklərini yerinə yetirməyə məcbur edəcəyik.
Bütün kommunikasiyalar açılacaq, Zəngəzur dəhlizi də işə düşəcək və biz Zəngəzurdan keçərək tarixi mədəniyyət və dövlətçilik paytaxtımız olan gözəl şəhərimizə gedəcəyik.
Zəfərimiz mübarək və davamlı olsun!

Musa Urud