• 3 Oktyabr 2022
logo
Azərbaycan və İran XİN başçıları görüşdü

Azərbaycan və İran XİN başçıları görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında görüş olub.
Baymedia.az xəbər verir ki, bunu C.Bayramov Tvitterdə yazıb.
Nazirlər ikitərəfli əlaqələr və regional məsələləri müzakirə ediblər.
C.Bayramov İranın xarici işlər nazirini Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribatlar barədə məlumatlandırıb.