• 23 Aprel 2024
logo
Kuba Prezidenti Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb

Kuba Prezidenti Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Prezident İlham Əliyevə təbrik ünvanlayıb.
Təbrik məktubunda deyilir:
"Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Kuba xalqı və hökuməti adından Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq əlaqələrinin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində fəaliyyətimizi bundan sonra da davam etdirməyə hazır olduğumuzu Sizə bir daha bildirirəm.
Xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edin".