• 18 May 2022
logo
“Azərbaycan 2021-ci ili yükəsk iqtisadi artım tempi ilə başa vurub”

“Azərbaycan 2021-ci ili yükəsk iqtisadi artım tempi ilə başa vurub”

Aydın Hüseynov: “Cənab Prezidentin qeyd etdiyi kimi müstəqillik dövrünün ən böyük, 30 milyard manatlıq büdcəsi qəbul olunub”

“Azərbaycan pandemiyadan sonra iqtisadi artımı bərpa edib və 2021-ci ili yüksək iqtisadi inkişaf göstəricilərilə başa vurub. İqtisadiyyatda bərpa proseslərin sürətlənməsi, postpandemiya dövrünə keçid və hökumətin qəbul etdiyi düzgün iqtisadi qərarlar müsbət iqtisadi dinamikanı təmin edib”. Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirb. A.Hüseynov əlavə edib ki, ötən il iqtisadi artım 5 faizdən çox olub, qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb: “Sənaye istehsalı 5 faizdən çox artıb, qeyri-neft sənayesi isə 20 faizə yaxın artıb: “Bu inkişaf göstəriciləri post-pandemiya dövründə ümümdünya miqyasında ən yüksək göstəricilərdən hesab oluna bilər. Beləliklə, 2021-ci ildə ölkəmizdə 92,8 milyard manatlıq, yəni əvvəlki illə müqayisədə 5,6 faiz çox ümumi daxili məhsul istehsal olunub. Yəni, Azərbaycan iqtisadiyyatı artıq gerilmə frazasından yeni inkişaf fazasına daxil olub”. Millət vəkili əlavə edib ki, Vətən müharibəsində Zəfərdən sonra ölkəmizdə bütün sahələrdə uğurlu addımlar nəzərə çarpmaqdadır: “Xüsusilə də ölkəmizin dayanıqlı maliyyə-iqtisadi gücü siyasi, iqtisadi, sosial sabitliyin möhkəmlənməsini təmin etməklə bərabər, yeni inkişaf drayverlərini hərəkətə gətirməkdədir. Cənab Prezidentin bu günlərdə yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi kimi Azərbaycan post-müharibə və post-pandemiya mərhələsində qarşıya qoyulmuş hədəflərə doğru ən qəti inkişaf ssenariləri üzrə irəliləyir. Cənab İlham Əliyev həmin çıxışı zamanı bildirdi ki, ötən il qeyri-neft ixracımız 40 faizdən çox artıb. Bu amil imkan verir ki, Azərbaycan valyutanı təkcə neft-qaz hesabına yox, eyni zamanda, digər məhsullar hesabına ölkəyə cəlb etsin. Azərbaycan nadir ölkələrdən biridir ki, ölkənin xarici ticarət balansının saldosu müsbətdir. Dünyanın əksər ölkələrində idxal ixracı üstələyir. İxrac idxalı təxminən 80 faiz üstələyib və müsbət saldo 10 milyard dollardan çoxdur. Bu isə tədiyyə balansının cari vəziyyətini gücləndirir, valyuta və makroiqtisadi sabitlik bazasının möhkəmləndirir.
Güclü maliyyə sabitliyi şəraitində ölkəmizin valyuta ehtiyatları da əhəmiyyətli dərəcədə artıbdır. Son bir ildə strateji valyuta rezervlərimiz 2,5 milyard dollar artaraq 53 milyard dollara çatıbdır. Bu, güclü iqtisadi sabitlik təminatıdır və həmçinin möhkəm təhlükəsizlik yastığı deməkdir. Bütün bunların fonunda həm də onu demək mümkündür ki, iqtisadi artım, qeyri-neft ixracının son 30 ildə ən yükəsk səviyyəyə çatması və idxalı 5 dəfə üstələyən strateji valyuta ehtiyatlarının formalaşması Azərbaycanın güclü iqtisadi mövqeyini və milli valyutamızın dayanıqlı sabitliyini möhkəmləndirir. Bunun nəticəsidir ki, manat depozitlərinin həcmi artır və ümumi depozitlərin balansında artıq milli valyuta üzrə depozit qoyuluşları üstünlük təşkil edir. Bunun investorlar üçün də çox böyük faydası var. Çünki investorlar da görürlər ki, milli valyuta sabitdir. Belə olan halda investisiyalar, o cümlədən xarici investisiyalar daha böyük həcmlə təşkil oluna bilər;Hazırda bu inkişaf bazislərinə əsaslanaraq manatın tam möhkəmləndiyini və bir çox regiona ölkələrində valyuta məzənnələrində dəyişmələrin baş verdiyi şəraitdə Azərbaycan manatının 2022-ci ildə də davamlı sabitliyinin qorunacağına dərin zəmin yarandığını söyləmək mümkündür”.
Millət vəklinin sözlərinə görə, bir çox ölkələr 2021-ci ildə maliyyə ehtiyatlarını itirdiyi və büdcə xəzrclərini ixtisar etdiyi halda Azərbaycan öz maliyyə-büdcə ehtiyatlarını daha da böyütməyə nail oldu: “Bunun nəticəsidir ki, dövlət büdcəsi 2 milyard manata yaxın artıbdır. Cənab Prezidentin də bəyan etdiyi kimi 2022-ci ilin dövlət büdcısi müstəqilik tariximizdə ən böyük büdcəsidir, 30 milyard manat xərc tutumlu büdcə zərfi bütün sahələrdə inkişaf hədəflərini təmin etməyə güclü maliyə qaynağı yaradır. Büdcənin 46,5 faizi sosial xərclərdir. Həmin xərclərin əsas böyük hissəsi birbaşa insanların sosial rifahının daha da yaxşılaşdırılması, əmıəkhaqqı fondunun artırılması ilə bağlıdır. Cari ilin büdcəsində sosial paketin icrasının təmin edilməsi məqsədilə əlavə 1,5 milyard manat nəzərdə tutulub. Həmin vəsaitlər isə iqtisadi artım, islahatların sayıəsində şəffaflaşma, o cümlədən vergi yığımının şəffaf sistemi sayəsində mümkün olub. Bu islahatlar 2022-ci ildə də priopritet olacaqdır və inkişaf dinamikasının sürətlənməsi maliyyə gəlirlərinin artmasına zəmnin yaradcaq və nəticədə əldə olunan bütün vəsaitlər dövlət başçısının xüsusi olaraq vurğuladığı kimi insanların sosial rifahına yönəldiləcəkdir”.
A.Hüseynov vurğulayıb ki, iqtisadi islahatların ən mühüm hədəflərindən biri olan şəffaf iqtisadiyyat quruculuöu çərçivəsində korrupsiya ilə mübarizə tədbirləri də gücləndirilib: “Cənab Prezidentin vurğuladığı kimi yaxşı təcrübə vaerdır və bunun ən mükəmməl modeli “ASAN Xidmət” layihəsidir. Çünki ASAN modeli artıq sınaqdan çıxmış bir modeldir. “ASAN xidmət”in əhali tərəfindən bəyənmə əmsalı 98 faizə çatıb. Ona görə bütün sahələrdə, iqtisadi, sosial, məmur-vətəndaş münasibətləri sahəsində bu modelin tətbiq edilməsi başlıca prioritet kimi müəyyən edilib”.
Millət vəkili bildirib ki, Azərbaycanın son bir ildə beynəlxalq nüfuzu da yüksəlib, dünya ölkələri, aparıcı beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı ilə münasibətlər daha da intensiv mərhələyə qədəm qoyub: “Avropa İttifaqı hazırda Azərbaycanın ən yaxın strateji müttəfiqi kimi qəbul edir və enerji sahəsində daha sıx əlaqələr qurmaq istəyir. Cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi Avropa Birliyi Cənub Qaz Dəhlizinin reallaşmasını alqışlayır və bu dünta əhəmiyyətli enerji tranzitinin genişlənməsini arzulayır. Cənub Qaz Dəhlizinin əhəmiyyətini indiki şəraitdə, qaza olan dərin ehtiyacların artdığı vəziyyətdə Avropa üçün daha da önəm kəsb edir. Azərbaycan 2022-ci ildə 20 milyard kubmetr qaz ixrac edəcək və 7 milyarddan çox yanacaq Avropaya nəql olunacaq. Eyni zamanda, Bolqarıstan və Yunanıstana da qaz ixracf ediləck. Bütün bunlar onu göstərir ki, Azərbaycanın Aİ ilə enerji əməkdaşlığı yenui mərhələyə qədəm qoyur və gələcəkdə digər qaz yataqlarının istismara verilməsi həcmin və ixracın artmasına səbəb olacaq”.