• 27 May 2022
logo
Azərbaycan MN qanunsuz erməni silahlı dəstəsinin üzvünün öldürülməsi xəbərini təkzib edib

Azərbaycan MN qanunsuz erməni silahlı dəstəsinin üzvünün öldürülməsi xəbərini təkzib edib

Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya açılan atəş nəticəsində Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvü Qor Martirosyanın öldürülməsi barədə yayılan məlumat əsassızdır və tamamilə yalandır.
Bu barədə Müdafiə Nazirliyindən (MN) bildiriblər.
“Bildiririk ki, bu kimi yalan məlumatların yayılması dekabrın 5-də axşam saatlarında qarşı tərəfdə baş vermiş ölümlə nəticələnən növbəti cinayətin ört-basdır edilməsi cəhdidir”, - qeyd olunub.