• 27 Yanvar 2022
logo
"İƏT ölkələri cənab Prezidentin dilindən Zəngəzur dəhlizinin mahiyyətini bir daha anlamış oldular"

"İƏT ölkələri cənab Prezidentin dilindən Zəngəzur dəhlizinin mahiyyətini bir daha anlamış oldular" - politoloq

"Soçi görüşündə Vətən Müharibəsindəki möhtəşəm nailiyyətimiz diplomatik qələbə ilə yekunlaşdı. Tezliklə Ermənistanla sərhədlərin delimitasiya və demarkasiya prosesi baş verəcək, Zəngəzur dəhlizi açılacaq" . Bunu Xalqcəbhəsi.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.O, əlavə edib ki, İƏT-in Türkmənistandakı sessiyası isə qısaca belə xarakterizə oluna bilər:
"1) İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr üçün Zəngəzur dəhlizi böyük reallığa çevriləcək. Bu baxımdan İƏT ölkələri cənab Prezidentin dilindən Zəngəzur dəhlizinin mahiyyətini bir daha anlamış oldular.
2) Azərbaycanın qələbəsi Cənubi Qafqazın iqtisadi stabilliyinə mühüm töhfə verəcək. Region siyasi sabitlikdən iqtisadi mənfəət əldə edəcək.
3) Azərbaycan Avrasiyadan Avropaya möhtəşəm geosiyasi reallıq yaradaraq dünya iqtisadi xəritəsində son 30 ilin ən böyük rekonstruksiyasına imza atır.
Soçi bəyanatı və İƏT-in Aşqabad sessiyası Azərbaycanın qlobal nüfuzdakı yeni imicinin dünyəvi əhəmiyyətini bir daha göstərdi".