• 26 Oktyabr 2021
logo
Nazir: “Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasına hazırdır”

Nazir: “Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasına hazırdır”

“Bütün çətinliklərə baxmayaraq, Azərbaycan beynəlxalq hüququn prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında Ermənistanla münasibətlərin normallaşmasına hazırdır”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Minskdə MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış zamanı deyib.
O, Azərbaycanın qeyd olunan prinsiplərə riayət etməklə Ermənistanla sərhədlərin delimitasiya və demarkasiya prosesinin başlanılmasına çağırdığını qeyd edib.
Nazir, Azərbaycanın üçtərəfli bəyanatlardan irəli gələn öhdəliklərin, o cümlədən regionda bütün kommunikasiya əlaqələrinin açılması üzrə razılaşmaların yerinə yetirilməsinə sadiq olduğunu vurğulayıb.
Kommunikasiya əlaqələrinin açılmasının regiondakı bütün dövlətlərə fayda gətirəcəyi və beynəlxalq nəqliyyat layihələrində Cənubi Qafqazın rolunu gücləndirəcəyindən əminlik ifadə edilib.