Ermənistanın "Birgə" hərəkatı hökumət binası yaxınlığında etiraz aksiyası keçirir.
Baymedia.az Unikal-a istinadla xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Aksiya iştirakçıları Ermənistan hökumətindən Nikol Paşinyanın Bakıya getməsini tələb edib.
"Nikol Paşinyanın Bakıya getməsini, COP29-da iştirakını, əsir və köçkünlərin qaytarılması, Qarabağda erməni mədəniyyət abidələrinin qorunması və s. haqqında çıxış etməsini tələb edirik. Hökumət bu istiqamətdə heç bir addım atmır", - deyə koordinasiya şurasının üzvü Narine Dilbaryan qeyd edib.