• 16 İyul 2024
logo
Sülhməramlılar Azərbaycan ərazisini tam tərk etdi - Video

Sülhməramlılar Azərbaycan ərazisini tam tərk etdi - Video

Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb.

Baymedia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası ərazimizi tam tərk edib.