• 5 May 2024
logo
Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ermənistan Azərbaycandan qaz almaq məsələsini müzakirə etməyə hazırdır.

Baymedia.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Ermənistanın Azərbaycandan qaz almasını müsbət hesab edirəm, bu məsələni müzakirə etməliyik. Hətta indi də Rusiyadan aldığımız qazın bir hissəsi Azərbaycan qazıdır”, - Simonyan bildirib.