• 21 May 2024
logo
“Qanunvericilikdə siyasi vəzifə tutan şəxslərin dairəsi müəyyən olunmur”

“Qanunvericilikdə siyasi vəzifə tutan şəxslərin dairəsi müəyyən olunmur”

Qüdrət Həsənquliyev: “Hər hakimiyyət dəyişəndə yeni gələn komanda siyasi vəzifələr tutmuş şəxsləri qanuna istinad etmədən dəyişə bilər”

“Dövlət qulluğu haqqında” qanunun 2.2-ci maddəsində qeyd olunur ki, bu Qanunda başqa hal nəzərdə tutulmayıbsa, sadalayır ki, kimlərə “dövlət qulluğu haqqında” qanun şamil olunmur. Amma təsnifatda həmin şəxslər qeyd olunur. Yəni qanunda nəzərdə tutulub, mən, burada ciddi problem görmürəm. 10.4-cü maddədə isə qeyd olunur ki, siyasi vəzifə tutan şəxslərin hüquqi statusu başqa qanunla müəyyən olunur. Amma qanunvericilikdə siyasi vəzifə tutan şəxslərin dairəsi müəyyən olunmur”.

Xalqcəbhəsi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Dövlət qulluğu haqqında” haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib. Millət vəkili əlavə edib: “Təkcə hüquq düşüncəsi baxımından nəticə çıxara bilərik ki, qanun kimlərə şamil olunmursa onlar elə siyasi vəzifə tutan şəxslərdir. Amma axı bir çox köməkçi vəzifələr, başqa vəzifələr var ki, onlar da köməkçi vəzifələr sayılırlar. Məsələn, müşavirlər, köməkçilər. Hər siyasi hakimiyyət dəyişəndə yeni gələn komanda o siyasi vəzifələri tutmuş şəxsləri qanuna istinad etmədən dəyişə bilər. Yəni öz komandasını hakimiyyətə gətirə bilərlər. Ona görə də düşünürəm ki, bu məsələni biz, gərək müvafiq icra hakimiyyəti orqanı ilə müzakirə edib həll edək”.